Xəbər lenti

Putin 6 illik yeni prezidentlik müddətinə namizəd olmaq qərarı verdi – Reuters
Dünya13:02 06.11.2023

Putin 6 illik yeni prezidentlik müddətinə namizəd olmaq qərarı verdi – Reuters

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Putin yeni müddətə namizəd olmaq qərarına gəldiyi üçün 2024-cü ildən sonra da hakimiyyətdə qalacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Vladimir Putinin ən azı 2030-cu ilə qədər hakimiyyətdə qalmasını nəzərdə tutan mart ayında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldiyi bildirilir.
1999-cu ildə Boris Yeltsinin prezidentliyi təhvil verdiyi Putin artıq İosif Stalin dövründən bəri bütün digər Rusiya hökmdarlarından daha uzun müddət prezidentlik kürsüsündə olub, hətta Leonid Brejnevin 18 illik hakimiyyətini də geridə qoyub.
Oktyabrın 7-də Putinin 71 yaşı tamam olmasına baxmayaraq, o, hakimiyyətini daha 6 il uzatmaq qərarına gəlib.
Agentlik mənbələri Putinin qərarı ilə bağlı xəbərlərin artıq sızdığını və müşavirlərin hazırda Putinin seçki kampaniyası və seçkilərinə hazırlaşdıqlarını bildiriblər.
Sorğulara görə, Rusiya daxilində 80% bəyənmə reytinqi göstərən Putin üçün o, namizəd olarsa, seçkilər formal xarakter daşıyır: dövlətin, dövlət mediasının dəstəyi və demək olar ki, heç bir ictimai narazılıq olmadan o, mütləq qalib gələcək.
"Onun namizəd olacağına dair qərar verildi", - planlaşdırma ilə tanış olan bir mənbə deyib.
Kremlin təfəkkürü ilə də tanış olan başqa bir mənbə də qərarın verildiyini və Putinin müşavirlərinin Putinin seçkilərdə iştirakına hazırlaşdığını təsdiqləyib. 
Adının açıqlanmasını istəməyən xarici diplomatik mənbə agentliyə Putinin bu qərarı bu yaxınlarda verdiyini və yaxın vaxtlarda açıqlama veriləcəyini bildirib.
Alpər