Rusiya prezidenti Vladimir Putin Federal Məclis qarşısında çıxış edib.
Qaynarinfo xəbər verir ki, Rusiya lideri Avropada ABŞ tərəfindən orta və qısa mənzilli raketlər yerləşdiriləcəyi təqdirdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin pisləşəcəyini bildirib:
"Belə halda biz eyni şəkildə tədbir görmək məcburiyyətində qalacağıq. Lakin ABŞ ilə dost münasibətləri qurmağa da hazırıq".
Dövlət başçısı həmçinin Rusiyanın hərbi planlarından söz açaraq donanmanın sualtı qayıqlarla təchiz ediləcəyini, səsdən sürətli "Zikon" raket sistemi üzərində işlərin uğurla davam etdiyini bildirib.
Qeyd edək ki, ötən həftələrdə ABŞ Rusiya ilə 1987-ci ildə imzalanmış nüvə sazişindən imtina edib. Daha sonra Rusiya da oxşar addımı atdı. Həmin razılaşma mənzili 500-5500km olan raketlərin qadağan edilməsini nəzərdə tuturdu.
Gülşən