Xəbər lenti

Putin Ankaraya niyə gedir? (ŞƏRH)
Dünya10:36 03.04.2023

Putin Ankaraya niyə gedir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
71"Putinin Türkiyəyə səfərini seçkilər ərəfəsi Ərdoğana psixoloji dəstək kimi dəyərləndirmək olar".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya prezidenti Vladimir Putinin apreldə Türkiyəyə gözlənilən səfərini şərh edərkən deyib. 
"ABŞ-ın Türkiyədəki səfirinin müxalifətin vahid namizədi Kamal Kılıcdaroğlu ilə görüşməsi Vaşinqtonun məhz ona "stavka” etməsi kimi dəyərləndirilir. Bu isə Ərdoğan tərəfindən sərt təpki ilə qarşılanıb. Bu fonda Putinin Türkiyə səfəri Ərdoğan üçün müsbət mesaj ola bilər. Bununla yanaşı, tərəflər Yaxın Şərq, Cənubi Qafqazdakı vəziyyəti və ikitərəfli qarşılıqlı iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər”, deyə Üzeyir Şəfiyev bildirib.
Ekspertə görə, Rusiyanın indiki reallığında Putinin Türkiyəyə bu səfəri Kremlin özü üçün çox arzuolunandır:
"Rusiya prezidentinin geosiyasi anlamda çox məhdud hərəkət imkanları qalıb. Türkiyə Rusiya münasibətləri qarşılıqlı iqtisadi əməkdaşlıq hədəfi güdür. Hər iki ölkə bir sıra qarşılıqlı iqtisadi layihələri həyata keçirilir". 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 30-da keçirdiyi brifinqdə deyib ki, Putinin aprel ayında Türkiyəyə səfəri ola bilər. "Hələlik konkret qərarlar verilməyib. Amma təbii ki, bu və ya digər şəkildə Rusiya tərəfi adekvat şəkildə təmsil olunacaq və aprelin sonunda mərasimdə iştirak edəcək. Bu, ikitərəfli münasibətlərimiz, Türkiyənin inkişafı üçün mühüm mərhələdir”, deyə Kremlin sözçüsü bildirib. 
Xatırladaq ki, bundan əvvəl "HBR”nin Türkiyə nəşri Putinin Ankaraya növbəti səfəri ilə bağlı Türkiyə prezidentinin sözlərinə istinad etmişdi. Onun sözlərinə görə, Rusiya prezidenti aprelin 27-də ölkəyə səfər edə bilər. 
Rüfət Sultan