
Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina boşandıqlarını rəsmən təsdiqləyiblər.
Anspress-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu axşam Rusiya prezidenti həyat yoldaşı ilə birlikdə Dövlət Kreml sarayında “Esmeralda” baletinə tamaşı ediblər.
Onlar baletdən sonra “Rossiya 24” telekaqnalına müsahibə veriblər. Boşanma ilə bağlı suala Lyudmila Putina belə cavab verib: “Bəli, demək olar ki, bu, sivilizasiyalı boşanmadır”.
Vladimir Putin isə deyib ki, boşanma qərarını Lyudmila Putina ilə birgə qəbul ediblər.
Qaynar.info