Xəbər lenti

Putin: Avropaya qaz ötürmə qabiliyyəti yenidən azala bilər - Təhdid
Dünya11:30 20.07.2022

Putin: Avropaya qaz ötürmə qabiliyyəti yenidən azala bilər - Təhdid

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Avropaya ən böyük qaz ötürmə xətti olan "Şimal axını 1” qaz kəmərinin ötürücülük qabiliyyəti avadanlığa texniki qulluq səbəbindən yenidən "azaldıla” bilər.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin çərşənbə günü bildirib.
Kəmər, Rusiyaya görə, iyulun 11-dən "illik texniki xidmət" üçün bağlanıb və ən azı bu ayın 20-dək bağlı qalacaq.
Putin həmçinin deyib: "Qazprom qaz tranzit imkanlarının azalmasına, o cümlədən Ukraynadan Avropaya marşrutlardan birinin Kiyev tərəfindən bağlanmasına görə günahkar deyil”.
Görünən odur ki, Rusiya enerjidən Avropaya təzyiq kimi faydalanır və bu, qarşı tərəfdə boyuk  təşviş və narahatlığa səbəb olur.
M.Arif