Xəbər lenti

Putin Bakının və Azərbaycanın arxiyepiskopunu təltif etdi
Ölkə19:59 10.04.2017

Putin Bakının və Azərbaycanın arxiyepiskopunu təltif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Prezidenti Vladimir Putin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanı (İşşeini) “Dostluq” ordeni ilə təltif edib.

"Qaynar" AzərTac-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin ölkənin rəsmi hüquq informasiyası portalında dərc edilmiş Fərmanında deyilir ki, Moskva Patriarxlığının Bakı və Azərbaycan Yeparxiyasına başçılıq edən Aleksandr Ata rus diasporunun dəstəklənməsi işinə böyük töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı konfessiyalararası anlaşmanın və əməkdaşlığın möhkəmlənməsi istiqamətində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Qaynar.Az