Avstraliyanın rusiya rəsmilərinə sansksiyasına cavab olaraq Putin Avstraliya baş nazirinin Rusiyaya girişinə qadağa qoyub.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, Avstraliyanın sanskiya qoyduğu rəsmilərə Rusiya Baş Nazirin müavini Dmitri Qriqorenko və general polkovnik Mixail Mizintsov
daxildir.
Avstraliyanın 67 rusiyalı rəsmiyə tətbiq etdiyi qadağaya cavab olaraq, Rusiya da 228 Avstraliya hökümət nümayəndəsinə eyni qadağa qoyub.
Rusiyaya girişinə stop qoyulanlar sırasına Avstraliya Milli Təhlükəsizlik Komitəsinin, Nümayəndələr Evinin, Senat və Regional Məclisin nümayənədələri daxildir.
"Bu addım Rusiyanı dayandırmaq üçün istənilən fəaliyyətə hazır olan Avstraliya hökümətinin qeyri dost davranışına qarşı atılıb”, - Kreml açıqlamasında bildirib.
Xatırladaq ki, Avstraliya buna qədər Ukraynaya 26.5 milyon dollarlıq hərbi yardım göndərib.
Həmçinin Avstraliya Ukraynaya 50 milyon dəyərində 20 "Buşmaster” hərbi maşını göndərib.
Baş nazir Morrison hərbi yardımla bağlı detalları açqıqlamaq istəmədiyini bildirib. Ancaq qeyd edib ki, onlar döyüş meydanında Ukraynaya kritik üstünlük qazandırır.
Avstraliyanın Ukraynaya dəstəyinin davam etdiyini bildirən Morrison deyib: "Biz onlar üçün dua edirik, eyni zamanda bizim silah-sursatlarımız da onlarladır. Onların döyüşü davam etdirməsi üçün təchizatımızın müəyyən hissəsini artıq cəhbə xəttinə göndərə bilmişik”.
Nurlan Hüseynov