Xəbər lenti

Putin Bayden də daxil, Qərb liderlərindən heç kimi yeni il münasibətilə təbrik etmədi
Dünya12:05 30.12.2023

Putin Bayden də daxil, Qərb liderlərindən heç kimi yeni il münasibətilə təbrik etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Rusiya prezidenti Vladimir Putin Amerika lideri Co Baydenə və digər Qərb ölkələrinin liderlərinə Yeni il təbriki göndərməyib.
Putin ənənəvi olaraq xarici həmkarlarını Yeni il və dekabrın sonunda Milad bayramı münasibətilə təbrik edir. 
Qaynarinfo xəbər verir ki, dekabrın 30-da Kreml Rusiya prezidentindən belə teleqramlar alan liderlərin siyahısını dərc edib.
Onların arasında Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Yaponiya və digər böyük dövlətlərin Rusiyaya dost olmayan liderləri yoxdur. Putin artıq ikinci ildir ki, onlara bayram öncəsi mesaj göndərmir.
Bundan başqa, siyahıya yenə də beynəlxalq təşkilatların və aparıcı idman federasiyalarının rəhbərlərindən heç biri daxil edilməyib. Putinin ənənəvi olaraq təbrik etdiyi keçmiş dövlət və hökumət başçılarının siyahısından Almaniyanın keçmiş kansleri Angela Merkel 2022-ci ildə yoxa çıxıb – bu il o, yenə də yoxdur.
Alpər