Xəbər lenti

Putin bazarlardakı "təmizləmə" ilə bağlı müşavirə keçirdi
Dünya18:39 31.07.2013

Putin bazarlardakı "təmizləmə" ilə bağlı müşavirə keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva polisinin bazarlarda keçirdiyi əməliyyatlar davam edir. Rusiya prezidenti Vladimir Putin bazarlardakı vəziyyətlə bağlı xüsusi müşavirə keçirib. O, bəyan edib ki, ticarət nöqtələrindəki kriminal şəraitin səbəbi hakimiyyət orqanları nümayəndələri ilə ticarətçilərin birləşməsidir.

"Müvafiq qərarlar qəbul etməli olan bütün orqanlar həvəssiz və qeyri-effektli işləyirlər", - deyən Rusiya prezidentinin sözlərinə görə, hakimiyyət orqanları ilə ticarət şəbəkələri arasında iş birliyində ticarətçilərin etnik mənsubiyyəti rol oynamır.

Ötən şənbə Matveyevsk bazarında polis əməkdaşına xəsarət yetirilməsindən danışan Vladimir Putin açıq şəkildə bəyan edib ki, hakimiyyət nümayəndələrinə pul ödənilir və bu məsələ araşdırılmalıdır.


Qaynar.info