Dünya 17:07 27.05.2022

Putin bir sıra xarici hüquq sahiblərinə ödənişi rublla etməklə bağlı əmr verdi

Rusiya prezidenti Vladimir Putin bir sıra xarici müəllif hüquqları sahibləri qarşısında öhdəliklərin yerinə yetirilməsi qaydası haqqında fərman imzalayıb. Bu fərman, hesablaşmalar üçün xüsusi hesabların yaradılmasını nəzərdə tutur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Ria novosti” rəsmi hüquqi informasiya portalına istinadən məlumat yayıb

"Rusiya Federasiyasının əqli fəaliyyətin nəticələrindən və (və ya) fərdiləşdirmə vasitələrindən istifadəsi ilə bağlı pul öhdəliklərinin yerinə yetirilməsi üçün müvəqqəti prosedur müəyyən edilsin... Müəllif hüquqları sahibləri qarşısında öhdəlikləri yerinə yetirmək üçün bu hallar barədə məlumatlandırılmış borclu mükafatı, müstəsna hüquqların həyata keçirilməsi və qorunması ilə bağlı ödənişləri və pul vəsaitlərini xüsusi rubl hesabına köçürməklə ödəyir", - sənəddə deyilir.

Sənədddə dəqiqləşdirilir ki, borclular rublla öhdəliklərini "dost olmayan” ölkələrlə əlaqəli olan, Rusiyaya qarşı sanksiyaları dəstəkləyən və Rusiya ordusunu nüfuzdan salan xarici müəllif hüquqları sahibləri qarşısında yerinə yetirəcəklər.

Nizami Bağırov