Böyük Britaniyalı biznesmen və Rusiya prezidenti Vladimir Putin tənqidçisi Bill Brauder İspaniyada həbs edilib.
Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, Brauder ispan polisi tərəfindən Rusiyanın tələbi ilə həbs edilib. Həbs barədə o, "Twitter" hesabında məlumat yazıb. Biznesmen barədə "Interpol" axtarış elan etmişdi.
Qeyd edək ki, Bill Brauder son illərdə Rusiyanın yüksək mövqeyə sahib düşmənlərindən hesab edilir. O, Vladimir Putin tərəfindən "Seriyalı qatil" adlandırılmışdı.
Gülşən