Xəbər lenti

Putin bu şəxslərə pulsuz torpaq verəcək
Dünya16:31 19.12.2022

Putin bu şəxslərə pulsuz torpaq verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibədə iştirak edərək üstün xidmətə görə mükafatlandırılan və qazi olan əsgərlərə Moskva vilayəti, Krım və Sevastopolda pulsuz torpaqların verilməsini tövsiyə edən qərar imzalayıb.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, Putinin orduya dəstək üçün əlavə tədbirlər haqqında imzaladığı fərman Rusiya Dövlət Hüquq İnformasiya Sisteminin rəsmi saytında dərc olunub.
Bundan başqa, münaqişə zamanı və ya xəstəlik səbəbindən "xüsusi hərbi əməliyyat” bölgəsində həlak olan əsgərlərin yaxınlarına sosial dəstək nəzərdə tutulur.
Qeyd olunub ki, qərar imzalandığı gündən qüvvəyə minir.