Dünya 22:25 19.05.2022

Putin bunu anlayanda sülh danışıqlarına ahzır olacaq - Olaf Şolts

Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiya prezidenti Vladimir Putin yalnız Ukraynanı məğlub edə bilməyəcəyini anlayanda sülh danışıqlarına gedəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Bild yazıb.

"Putin hələ də bombalamaya davam etməklə sülhü diktə edə biləcəyinə inanır. Amma yanılır. Necə ki, ukraynalıların qətiyyəti və bizim güclü birliyimiz barədə yanılırdı. Ukraynalılar kimi biz də bunu qəbul etmirik”, - Şolts bildirib.

Kansler qeyd edib ki, hazırda son dərəcə vacib məsələ Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsidir.

"Putin, yalnız Ukraynanın müdafiə qabiliyyətini sındıra bilməyəcəyini anlayanda sülh danışıqlarını ciddi şəkildə davam etdirməyə hazır olacaq”.

O vurğulayıb ki, ümumi məqsəd Rusiyanın bu müharibədə qalib gələ bilməməsidir.

"Ukrayna ayqda qalmalıdır", - Şolts deyib.

Nizami Bağırov