Xəbər lenti

Putin də plagiatçı imiş
Dünya11:54 15.04.2013

Putin də plagiatçı imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinin disertasiyası plagiat çıxdı. 

ANS PRESS-in verdiyi məlumata görə, "La Repubblica" qəzetində bununla bağlı məqalə dərc edilib. 

"La Repubblica" qəzetində bununla bağlı nəşr edilən yazının müəllifi Nikola Lombardotssi Putinin disertasiyanın çox səhifəsinin amerika araşdırmasından götürüldüyünü iddia edir. 

Müəllifin sözlərinə görə, plagiat haqqında söz-söhbət çoxdan yayılıb: "Artıq bir necə ildir ki, avtoritet amerikalı alimlər Putinin işinin plagiat olduğunu hesab edirlər. "Kreml susur. Ekspertlər "şərhsiz" ifadəsinin altında gizlənirlər". 

Qeyd edək ki, elmi işin iqtisadiyyatdan bəhs etdiyi bildirilir.

Qaynar.info