Xəbər lenti

Putin Donetsk və Luqanskın Ukrayna olduğunu rəsmən tanıdı (SƏNƏD)
Dünya11:03 06.01.2023

Putin Donetsk və Luqanskın Ukrayna olduğunu rəsmən tanıdı (SƏNƏD)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin on birinci ayında prezident Vladimir Putin işğal olunmuş bütün ərazilərin Ukraynaya məxsus olduğunu rəsmən tanıyıb.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.
Prezidentin rəsmi saytında Putinin göstərişi dərc olunub, ona əsasən, o, işğalçı orduya "atəşkəs” elan etməyi tapşırır. Sənəddə Putin təmas xətti boyu ərazinin Ukraynanın bir hissəsi olduğunu rəsmən etiraf edir.
"Müqəddəs Patriarx Kirillin müraciətini nəzərə alaraq, Rusiya Federasiyasının Müdafiə nazirinə 6 yanvar 2023-cü il saat 12:00-dan 7 yanvar saat 24:00-dək Ukraynada tərəflər arasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıram. 2023”, - Putinin imzaladığı sənəddə deyilir.
Alpər