Xəbər lenti

Putin: Dünya Qərbin sanksiyalarına görə ərzaq qıtlığı ilə üzləşəcək
Dünya08:24 06.04.2022

Putin: Dünya Qərbin sanksiyalarına görə ərzaq qıtlığı ilə üzləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vladimir Putin çərşənbə axşamı çıxışında Rusiyanın dost olmayan ölkələrə ərzaq ixracına diqqət etməli olduğunu bildirib. Buna səbəb isə, onun fikrincə, Qərb sanksiyalarının qlobal ərzaq qıtlığına səbəb olmasıdır.  
Qaynarinfo xəbər verir ki, bu haqda Reuters agentliyinin məlumatında deyilir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkəyə tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatını 1991-ci ildən sonrakı ən ağır böhrana salıb. Ancaq Rusiya sansksiyaların qlobal təsirinin daha pis olacağını düşünür. 
Putin bildirib ki, qalxan enerji qiymətləri və gübrə çatışmazlığı Qərbi davamlı təhcizatı təmin etmək üçün pul çap etməyə sövq edəcək ki, bu da öz növbəsində kasıb ölkələrdə ərzaq qıtlığına gətirib çıxaracaq. 
"Onlar qaçılmaz olaraq dünyanın kasıb bölgələrində ərzaq qıtlığını kəskinləşdirəcək, yeni miqrasiya axınına və ümumilikdə ərzaq qiymətlərinin daha da yüksəlməsinə səbəb olacaqlar", - Putin bildirib. 
O, indiki halda dünya bazarında gübrə çatışmazlığının qaçılmaz olduğunu bildirib və buna görə də xaricə ərzaq ixracını diqqətlə nəzərdən keçirməli olduqlarını vurğulayıb. 
Rusiya dünyanın ən böyük buğda irxacatçısıdır. Onu əsasən Afrika və Yaxın Şərqə ixrac edir. Rusiya həmçinin vacib məhsul və torpaq gübrələrindən ibarət kalium, fosfat və nitrogenin əsas istehsalçılarından biridir. Ümumilikdə ölkə ilə 50 milyon ton gübrə istehsal edir ki, bu da qlobal ehtiyacın 13%-dir. 
Putin həmçinin Avropa ölkələrinə növbəti dəfə xəbərdarlıq edib. O Almaniya və İngiltərənin "Qazprom” şirkətinin o ölkələrdəki şirkətlərini milliləşdirmək və ya nəzarətə götürmək cəhdinə eynilə cavab veriləcəyini bildirib. 
Nurlan Hüseynov