Xəbər lenti

Putin döyüş hazırlığı ilə bağlı tapşırıq verdi
Dünya13:55 26.02.2014

Putin döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin Rusiya silahlı qüvvələrinin Qərb və Mərkəzi hərbi dairələrinin döyüş hazırlığının yoxlanılmasına dair göstəriş verib.

Qaynar.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyində keçirilən toplantıda deyib.

Putinin göstərişi ilə bu gün saat 14.00-da Qərb hərbi dairənin qoşunları, habelə Mərkəzi hərbi dairənin ikinci ordusu hazırlıq vəziyyətinə gətirilib.

Hərbi birləşmələrin döyüş hazırlığı fevralın 28-dən martın 3-dək yoxlanılacaq. Yoxlama iki mərhələdə keçiriləcək: operativ-texniki və taktiki təlimlər. 

Qaynar.info