Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik işçisi günü münasibətilə yaydığı videomüraciətdə əks-kəşfiyyat zabitlərini, o cümlədən hərbçiləri "qüvvələrin maksimum konsentrasiyasına və cəmləşməsinə” çağırıb.
Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər
verir.
"Xarici kəşfiyyat xidmətlərinin hərəkətlərini ciddi şəkildə dayandırmaq, satqınları, casusları və təxribatçıları tez bir zamanda aşkar etmək lazımdır”, - o deyib. Onun sözlərinə görə, "ekstremizmə qarşı mübarizə kimi mühüm sahəyə diqqəti azaltmamaq” lazımdır. Rusiya lideri "döyüşçü millətçiliyi, zorakılığa çağırışlar, etnik nifrətin qızışdırılmasına yönəlmiş təxribatları” "Rusiya cəmiyyətinin daxili birliyinə” birbaşa təhlükə adlandırıb ki, bu da "dərhal yatırılmalıdır”.
Bütün xüsusi xidmət orqanlarının, ilk növbədə, FTX-nin işinin əsas prioritetləri arasında prezident terrorizmlə mübarizənin adını çəkib və terror aktlarının qarşısının alınması üçün "sistemli və hücumçu” işə çağırıb.
Putin həmçinin "etibarlı şəkildə örtülməli olan” dövlət sərhədinin mühafizəsi üzrə işləri gücləndirməyi tapşırıb. Onu pozmaq cəhdləri "tez və effektiv şəkildə" dayandırılmalıdır", - o vurğulayıb.
Alpər