Xəbər lenti

Putin Ərdoğana zəng etdi
Dünya15:46 31.03.2014

Putin Ərdoğana zəng etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Türkiyə ilə həm iqtisadi, həm də siyasi münasibətlərin daha da dərinləşəcəyinə ümid edir

Region Rusiya prezidenti Vladimir Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib. 

Qaynar.info ANS PRESS-ə istinadən məlumat verir ki, Putin martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf partiyasının qalib gəlməsi münasibətilə Ərdoğanı təbrik edib.

Putin Rusiya və Türkiyə arasında mövcud olan həm iqtisadi, həm də siyasi münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin rəsmi olmayan nəticələrinə əsasən hakim Ədalət və İnkişaf partiyası ölkə üzrə səs faizlərinə görə rəqiblərini geridə qoyub.

Qaynar.info