Xəbər lenti

Putin Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək
Dünya10:30 29.12.2020

Putin Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin gələn il Türkiyədə görüşə bilər.
Qaynarinfo xəbər verir ki, bu görüşə hazırlıqları müzakirə etmək niyyəti barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə Türkiyə və Rusiya Xarici işlər nazirliklərinin Birgə Strateji Planlaşdırma Qrupunun iclasında bildirib.
"Prezidentlərimiz arasında sıx dialoq, onlar arasındakı münasibətlərdə qarşılıqlı inam yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafına xidmət edir. Bu gün prezidentlərimizin gələn il Türkiyədə görüş keçirməsinə dair hazırlıqları müzakirə edəcəyik”, - o deyib.