Xəbər lenti

Putin Ərdoğanla Liviya, Suriya və COVİD-i müzakirə etdi
Siyasət13:29 17.08.2020

Putin Ərdoğanla Liviya, Suriya və COVİD-i müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Ərdoğan arasında telefon danışığı olub. 
Qaynarinfo xəbər verir ki, söhbətdə əsas mövzu Liviya böhranı olub.
Liderlər müharibə edən tərəflərin atəşkəsin dayandırılması, habelə birbaşa danışıqlara başlamaq üçün real addımların atılmasının vacibliyini yenidən vurğulayıblar.
Həmçinin, Kremlin saytında bildirildiyi kimi, Suriyadakı vəziyyət müzakirə edilib. Terrorizmlə mübarizədə birgə səylərin artırılmasına vurğu edilib.
Eyni zamanda, Rusiyanın Türkiyənin kurort bölgələri və eləcə də Ankara və İstanbulla müntəzəm reyslərin bərpa edilməsi ilə bağlı vəziyyət də nəzərdən keçirilib. Putin Türkiyədə olan rusların sanitar və epidemioloji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Alpər