Dünya 12:49 01.08.2022

Putin Ərdoğandan Bayraktar istədi: “Biz də almaq istərdik...”

Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında "Bayraktar” dialoqunun təfərrüatları məlum olub. 

Qaynarinfo A Haber-ə istinadla xəbər verir ki, bu haqda Prezidentin sözçüsü İbrahim Kalın danışıb. Kalının bildirdiyinə görə, Putin Ərdoğana bunları deyib:

"Ukraynaya "Bayraktar”ları verirsiniz, versəniz, biz də almaq istərdik". 

Rusiya prezidenti Vladimir Putinin Türkiyə ilə müştərək pilotsuz təyyarə istehsalı müqaviləsi bağladığına dair xəbərlərin yayıldığını bildiyini Kalın deyib:

"Ortaq deyil, əslində, Putin bir az yarızarafat, yarıciddi dedi bunu. Prezidentimiz də gülümsədi. Liderlər arasında belə söhbətlər olur. Orada gülümsədi, "baxa bilərik, danışa bilərik” kimi sözlərdən dedi, ortada öhdəlik deyə bir şey yoxdur. Cənab Putin də bizim oradakı mövqeyimizdən xəbərdardır.

Biz Rusiyaya embarqo qoymuruq. Əlaqələrimizi davam etdiririk. Digər tərəfdən, biz Ukraynanın özünümüdafiə hüququnu tanıyırıq. Bu mənada biz Ukraynanı dəstəkləməyə davam edirik, lakin biz bunu müharibəni təhrik etmək və ya uzatmaq üçün deyil, əksinə, onu bitirmək üçün edirik”.

Alpər