Xəbər lenti

Putin Ərdoğanla danışdı, gələn həftə Ermənistana gedir
Dünya10:12 18.11.2022

Putin Ərdoğanla danışdı, gələn həftə Ermənistana gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Liderlər telefon danışığı zamanı ikitərəfli və regional məsələləri, həmçinin "Taxıl dəhlizi” məsələsini müzakirə ediblər.
Bu arada Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin gələn həftə Ermənistana səfər edəcək. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək sammitinə qatılacaq.
Qeyd edək ki, qurumun Təhlükəsizlik Şurasının sammiti noyabrın 22-23-də baş tutacaq.