Xəbər lenti

Putin Ərdoğanla görüşəcək
Dünya06:17 30.07.2023

Putin Ərdoğanla görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan görüş barədə razılaşıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya lideri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər arasında görüşün hələ Türkiyədəki seçkiöncəsi gerçəkləşdirilməsi planlaşdırılsa da, sonradan məqsədəuyğun hesab edilməyib:
"Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq”, - Putin deyib.
Dövlət başçısı əlavə edib ki, Ərdoğan onu hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün "spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlib:
"Bu, nə ona, nə də mənə lazım deyil. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”.