Xəbər lenti

Putin Ermənistan rəhbərliyini təbrik etdi
Dünya08:57 03.04.2022

Putin Ermənistan rəhbərliyini təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Vaaqn Xaçaturyanı və baş nazir Nikol Paşinyanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
Bu barədə Qaynarinfo Kremlin rəsmi saytına istinadla xəbər verir.
Putin qeyd edib ki, son onilliklər ərzində Rusiya və Ermənistan bütün sahələrdə səmərəli əməkdaşlıqda mühüm təcrübə toplayıblar.
"Son onilliklər ərzində Rusiya və Ermənistan bütün sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq təcrübəsi toplayıb. KTMT, Avrasiya İqtisadi İqtisadi Əməkdaşlıq Təşkilatı və MDB çərçivəsində səylərin əlaqələndirilməsi, eləcə də Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün qarşılıqlı fəaliyyət yaxşı nəticələr verir”, - təbrik teleqramında deyilir.
Bundan əlavə, Putin Xaçaturyan və Paşinyana cansağlığı və uğurlar, Ermənistanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıb.
Aydın
Qaynarinfo