
Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı şahzadəsi Bəndər bin Sultanla gizli görüşünün təfərrüatları məlum olub.
Qaynar.info xəbər verir ki, Moskvada səfərdə olan şahzadə Bəndər Putinə Suriyaya verdiyi dəstəkdən imtina edəcəyi təqdirdə 15 milyard dollarlıq silah idxalı təklifini irəli sürmüşdü.
Fransanın AFP xəbər agentliyi görüşün iyulun 31-də baş tutduğunu və Putinin şahzadənin bu təklifini qəbul etməyini bildirib.
Şahzadə Bəndər ABŞ-ın regionda geri çəkilməyi düşündüyü dövrdə Rusiyanın həmin regionda daha çox rol oynaya biləcəyi mesajını vermişdi. Səudiyyə Ərəbistan Kremlə 15 milyard dollarlıq silah idxalı ilə yanaşı, ölkəyə iri sərmayələr qoya biləcəklərini də bildirmişdi.
Lakin Putin ərəblərin bütün təkliflərini rədd edərək, Suriyadam imtina etmək istəməyib.
Qaynar.info