Xəbər lenti

Putin gerçəkdən uzun savaşa və nüvə zərbəsi endirməyə hazırdırmı? - ISW-nin hesabatı
Dünya11:16 06.02.2023

Putin gerçəkdən uzun savaşa və nüvə zərbəsi endirməyə hazırdırmı? - ISW-nin hesabatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin müvafiq qərarlar qəbul etməkdən çəkindiyi üçün uzun sürən müharibəyə hazır deyil. Xüsusilə, Rusiya hakimiyyəti genişmiqyaslı hərbi islahatları gec həyata keçirir.
Qaynarinfo Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin hazırladığı hesabata əsasən xəbər verir ki, Kreml kadrları gec səfərbər edir və yenidən təşkil edir ki, bunu həqiqətən də tammiqyaslı işğal başlamazdan əvvəl etməli idi. Üstəlik, cəmiyyətin reaksiyasından qorxduqları üçün ikinci səfərbərlik dalğasının elanını da gecikdirir.
Qeyd olunur ki, Putin rusların səfərbərliyi necə qəbul etdiyini qiymətləndirmək üçün əlavə olaraq sorğu keçirir. Ekspertlərin fikrincə, Rusiya rəhbəri onun əvəzinə açıq şəkildə riskə girən və işğalçıların hərbi uğursuzluqlarının və qeyri-populyar siyasətin günahını öz üzərinə götürən bir qrup günah keçisinə arxalanır.
Ekspertlər hesab edirlər ki, Putinin risk etmək istəməməsi onun hələ də nüvə eskalasiyasına və ya NATO ilə müharibəyə getmə ehtimalının az olduğunu göstərir. Rusiya bu cür hədələrdən yalnız Qərbi qorxutmaq üçün istifadə edirdi. ISW hesabatında deyilir ki, Putin öz daxili status-kvosunu qiymətləndirir və öz məqsədlərinə çatmaq üçün riskli siyasi addımlardan qaçmağa çalışır.
"Putin eyni zamanda, üzləşdiyi situasiya haqqında təsəvvürünün reallıqla ziddiyyət təşkil etməsinə baxmayaraq, risklərin aradan qaldırılmasına böyük diqqət yetirən ehtiyatlı insan olaraq qaldığını nümayiş etdirməyə davam edir”, - ISW bildirib.
Alpər