Dünya 16:55 12.04.2023

Putin geri çəkilmək əvəzinə səylərini ikiqat artırıb, hələ də inanır ki... - MKİ direktoru

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, Rusiya prezidenti Vladimir Putin hələ də Ukraynanı məhv edə biləcəyinə inanır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın "New voice” portalı yazır

"O, geri çəkilmək əvəzinə səylərini ikiqat artırıb", - Börns Putin haqqında deyib.

Onun sözlərinə görə, Rusiya rəhbəri Ukraynanı və Qərbi məhv edə biləcəyinə inanır.

Börns bildirib ki, Putin müharibədən əvvəl Ukrayna ilə bağlı fərziyyələrində dərindən yanılıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktorun fikrincə, Ukraynanın əks-hücum əməliyyatında irəliləyişi gələcək "diplomatiya perspektivlərini” formalaşdıra bilər.

Nizami Bağırov