Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Rostov-Donda xüsusi təyinatlı hərbi əməliyyat qrupunun qərargahında toplantı keçirilib.
Qaynarinfo
xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Bildirilir ki, dövlət başçısı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, istiqamət komandirlərinin və "qrupun zabitlərinin digər yüksək rütbəli əməkdaşlarının” məruzələrini dinləyib.
Başqa təfərrüatlar yoxdur.
Bu, Putinin Rostovdakı hərbi obyektlərə nəzarəti ələ keçirən "Vaqner”in üsyanından sonra ilk səfəri olub.
Putin mart ayında Rostov-Donda analoji görüş keçirmişdi. Apreldə o, "Dnepr” qoşun qrupunun Xerson istiqamətində yerləşən qərargahına və "Vostok” Milli Qvardiyasının qondarma "Luqansk Xalq Respublikası”ndakı qərargahına baş çəkib.
Alpər