Xəbər lenti

Putin hərbi xərcləri 5 faiz azaldacaq
Dünya14:11 06.03.2016

Putin hərbi xərcləri 5 faiz azaldacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016-cı ildə Rusiyada hərbi xərclər 5 faiz azaldılacaq.

Qaynar.info virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Rusiya xəbər xidmətinə” müdafiə nazirinin müavini Tatyana Şevtsova deyib.

Onun sözlərinə görə, prezident Vladimir Putin tərəfindən hərbi büdcənin azaldılması haqqında qərar qəbul olunub.

“Həmçinin qərar qəbul olunub ki, Müdafiə Nazirliyinin büdcəsi on deyil, beş faiz azaldılacaq”- deyə T.Şevtsova söyləyib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin hərbi xərclərinin 2016-cı ildə on deyil, beş faiz azaldılacağı barədə xəbəri fevralda "Vedomosti" qəzeti yaymışdı.Yeri gəlmişkən, açıqlanan rəqəmlərə görə, azaldılan hərbi xərclərin məbləği 160 milyard rubl təşkil edəcək.

Qaynar.info