Xəbər lenti

Putin iki ölkə lideri ilə Ukraynanı müzakirə etdi
Dünya14:51 12.03.2022

Putin iki ölkə lideri ilə Ukraynanı müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya, Fransa və Almaniya liderləri Moskvanın Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün işlənən razılaşmalarla bağlı məsələləri müzakirə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı ehtiyatla davranıldığını deyib:
"Əksinə, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bunlara müxalifət nümayəndələrinə qarşı məhkəmədənkənar repressiyalar, onların girov götürülməsi və mülki şəxslərdən canlı qalxan kimi istifadə edilməsi, yaşayış məntəqələrində, xəstəxanaların, məktəblərin yaxınlığında ağır silahların yerləşdirilməsi daxildir".
Liderlər Ukraynadakı vəziyyətlə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəlib.