Xəbər lenti

Putin “İlin adamı” seçildi
Dünya13:52 28.12.2013

Putin “İlin adamı” seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Region  Rusiya prezidenti Vladimir Putin “İlin adamı” seçilib.

Ans press-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiyanı “Yuri Levada” Analitik Tədqiqat Mərkəzi yayıb.

Dekabr ayında Rusiya əhalisindən alınan sorğuya görə, ölkə başçısı Vladimir Putin bu titulu 1999-cu ildən bu yana qorumağı bacarıb. Respondentlərin 26 faizi Putini 1-ci yerə layiq bilib. İlk beşlikdə isə Sergey Şoyqu (7 faiz), Dmitri Medvedev (4), ABŞ kəşfiyyatının eks əməkdaşı Edvard Snouden (4) və “YUKOS” şirkətinin eks rəhbəri Mixail Xodorkovski (3) qərarlaşıblar.

“İlin qadını” tituluna isə müğənni Alla Puqaçova 12 faizlə başçılıq edib. Bu nominasiyada sonrakı yerlər Federasiya Şurasının sədri Valentina Matviyenkoya (4) və Almaniya kansleri Angela Merkelə (3) qismət olub.

Respondentlərin 51 faizi hesab edib ki, 2013-cü il onlar üçün uğurlu olub. 2012-ci ildə isə Rusiya əhalisinin yalnız 47 faizi xoşbəxt olub.

Qaynar.info