Xəbər lenti

Putin İrəvanda həbs ediləcək? - Politoloq
Dünya07:36 25.07.2023

Putin İrəvanda həbs ediləcək? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Putinin İrəvana səfər edərsə, onu həbs edib xarici ölkəyə təhvil veriməsi mümkün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Ermənistanın Rusiya prezidenti Vladimir Putinin həbsinə yol açan Roma Statusunu qəbul edəcəyi təqdirdə nəticələrin necə olacağı, Moskvanın İrəvana qarşı hansı addımlara gedəcəyini şərh edərkən deyib: 
"Hipotetik baxımdan belə bir ehtimalın reallaşması ola bilsin ki, kimlər üçünsə məqbul görünür. Amma reallıqda Ermənistan buna gedərsə, səhv yanaşma olar. Qərb zorla cəmiyyətə təlqin etmək istəyir ki, Roma Statusuna əsasən Putinin həbsi mümkündür. Əslində isə bu baş verə bilməz. Belə bir hadisə baş verərsə, Ermənistanın subyektivliyi sıfırdan da aşağı düşə bilər. Rusiya Ukraynada vəhşilik edir. Rusiyanın buradakı hərəkəti işğalçı siyasətin təzahürüdür. Ancaq Putinin Roma Statusuna əsasən həbsi o hakimiyyətdə olduğu müddətdə qeyri-mümkündür. Bunun mexanizmləri də yoxdur. Yalnız hakimiyyətdən düşəndən sonra belə bir proses baş verə bilər”. 
Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan mətbuata açıqlamasında İrəvan tərəfindən Roma Statusunun ratifikasiyasının Rusiya ilə münasibətləri gərginləşdirməyə gətirib çıxaracağını deyib. 
Rüfət Sultan