Rusiya prezidenti Vladimir Putin Liberal Demokrat Partiyasının lideri, 76 yaşında dünyasını dəyişmiş Vladimir Jirinovski ilə vida mərasiminə qatılıb.
Qaynarinfo "Rosbalt"a istinadən xəbər verir ki, prezidentin Jirinovski ilə vidalaşmasını əks etdirən videokadrlar da yayılıb.
Vidalaşma mərasimi Moskvada İttifaq Evində baş tutub. Vida mərasimində qəfil peyda olan, əllərində qırmız qızılgül dəstəsi tutan Putin Jirinovskinin tabutu qarşısında baş əyib.
Bir qədər əvvəl siyasətçinin ölümünə münasibət bildirən Putin onu parlaq natiq və peşəkar siyasətçi adlandırmışdı.
Aydın
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/IeE-XRscib4" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">