Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib ki, bu, qanunvericilərə iqtisadi cinayətlərə görə cəzaların ağırlığını qiymətləndirməyi tapşıracaq.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı iqtisadi cinayətlərdə təqsirli bilinənlərin 14-15 il müddətinə azadlıqdan məhrum edilməsindən özünün də "dəhşətə” gəldiyini bildirib.
"Qanun sərtdir, amma qanundur (dura lex sed lex). Bəzi iqtisadi cinayətlərə görə bu, həddən artıq çoxdur”, - deyə Rusiya lideri jurnalist Aleksandra Bayazitovanın 14 il müddətinə azadlıqdan məhrum edilməsini şərh edərkən bildirib.
Xatırladaq ki, Moskvanın Basmannı məhkəməsi "Adskiye babki” teleqram kanalının inzibatçısı Aleksandra Bayazitovanı "Promsvyazbank”ın vitse-prezidenti Aleksandr Uşakovdan hədə-qorxu ilə pul tələb etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edib.
İstintaqın məlumatına görə, Bəyazitova media texnoloqu Olqa Arxarova və "Finansovıy karaulnıy” "Telegram" kanalının administratoru İnna Çurilova ilə birlikdə hədə-qorxu ilə pul tələb etməklə məşğul olub. Aleksandra Bayazitova təqsirini boynuna almayıb.
Məhkəmənin hökmü ilə Arxarova 4,5 il müddətinə azadlıqdan məhrum edilib (prokuror onun 13 il, Bəyazitovanın isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib).
Alpər