
Rusiyada artıq beşinci ildir ki, oyun biznesi qadağandır
Rusiya prezidenti Vladimir Putin hökumətə və Krasnodar diyarının qubernatoruna tapşırıb ki, Soçi ərazisində oyun zonası yerləşdirməyin imkanlarını öyrənsinlər.
ANS PRESS-in məlumatına görə, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. "Putinin adına Soçi şəhər məclisinin, Soçi ictimai şurasının və şəhər merinin müraciəti daxil olub. Müraciətdə oyun zonası yaradılması üzrə arqumentləşdirilmiş təkliflər yer alıb", - deyə Peskov vurğulayıb.
Daha öncə isə Dövlət Duması Putin tərəfindən təqdim edilmiş Krımda oyun zonasının yaradılması üzrə qanun layihəsini birinci oxunuşda qəbul edib. Ölkədə isə artıq beş ildir ki, xüsusi zonalar istisna olmaqla, oyun biznesi qadağandır. Qanuna görə, hazırda oyun zonaları Altay, Krasnodar, Primorsk diyarlarında, həmçinin Kalininqrad vilayətində yaradılır.
Qaynar.info