Xəbər lenti

Putin Kim Çen Inla Vostoçnı kosmodromunda görüşdü (VİDEO)
Video 10:25 13.09.2023

Putin Kim Çen Inla Vostoçnı kosmodromunda görüşdü (VİDEO)

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn Amur vilayətindəki Vostoçnı kosmodromunda görüşüblər.

Qaynarinfo xəbər verir ki, Rusiya lideri qatarla gəldiyi kosmodromun dəmir yolu stansiyasında Kim Çen İni gözləyirmiş. Görüşdə Şimali Koreya rəhbəri "nə qədər maraqlı olmasına baxmayaraq” Rusiyaya səfərə dəvət üçün Putinə təşəkkür edib.

İnternetdə iki dövlət başçılarının görüşünün görüntüləri yayılıb. Putin qonağa müraciət edərək, "Sizi görməyə şadam, yolçuluq necə keçdi?” deyib. "Bizi dəvət etdiyinizə və səmimi qarşıladığınız üçün təşəkkür edirik", - Kim Çen cavab verib.

Bundan sonra Putin qonağı Vostoçnıya ekskursiyaya dəvət edib. Belə ki, iki ölkənin liderləri "Soyuz-2” kosmik raket kompleksinin buraxılış məntəqəsinə baxış keçiriblər. Kim Çenə kosmodromun buraxılış kompleksinin xüsusiyyətləri və başlanğıcda raketin ətrafında saat əqrəbinin əksi istiqamətində gəzmək ənənəsi barədə məlumat verilib.

Putinin sözlərinə görə, "Vostoçnı” kosmodromunda KXDR və Rusiya Federasiyası arasında kosmik sənaye sahəsində əməkdaşlıq müzakirə olunacaq. Rusiya prezidenti Rusiyanın KXDR-ə peyklərin yaradılmasına kömək edib-etməyəcəyi sualına cavab verib: "Vostochnı kosmodromuna buna görə gəlmişik”.

Xatırladaq ki, Şimali Koreya lideri sonuncu dəfə Rusiya Federasiyasına 2019-cu ildə səfər edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->