Xəbər lenti

Putin “lüks vergisi” haqqında qanunu imzaladı
Ekonomiks17:34 26.03.2022

Putin “lüks vergisi” haqqında qanunu imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin avtomobillərin qiymətini 3 milyon rubldan 10 milyon rubla qaldıran qanun imzalayıb. Bundan sonra onlar artan nəqliyyat vergisinə məruz qalacaqlar ("lüks vergisi”). 
Qaynarinfo xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Daha əvvəl "Vedomosti” avtomobil dilerlərinə istinadən xəbər vermişdi ki, ay ərzində "dəmir atların” (və Rusiyada onların 83%-i yerli istehsaldır) qiymətində artım 30-60% arasında dəyişib. Qeyd olunur ki, bu müddət ərzində rubl dollar qarşısında 24%, avroya qarşı isə 21% dəyər itirib. Qiymət artımı onunla bağlıdır ki, avtomobillərdə xarici valyutaya alınan hissələrin payı hələ də böyükdür.
Martın əvvəlində bildirilib ki, Volvo, Volkswagen, Audi, Skoda, Jaguar Land Rover, BMW, Mazda, Mercedes-Benz avtomobil şirkətləri Rusiya dilerlərinə avtomobil tədarükünü dayandırdıqlarını elan ediblər.
Alpər