Xəbər lenti

Dünya 19:13 16.01.2023

Putin Medvedçukun diliylə danışdı: Avropa nüvə müharibəsi ilə hədələndi

Rusiya prezidenti Vladimir Putin Viktor Medvedçuk vasitəsilə Avropanı nüvə müharibəsi ilə hədələyir.

Qaynarinfo xəbər verir ki, Ukraynanın Ali Radasının keçmiş deputatının müvafiq məqaləsini Rusiyanın "İzvestiya” nəşri dərc edib.
 
Rusiyanın Ukraynaya təcavüzündə kollektiv Qərbin iddia edilən "günahı” ilə bağlı ənənəvi Kreml narrativlərindən istifadə edən Medvedçuk vəziyyəti düzətmək üçün Avropadan Rusiya Federasiyasının maraqlarını nəzərə almağı tələb edib.

Onun sözlərinə görə, müharibə başqa ölkələrin ərazisinə də keçə, hətta nüvə münaqişəsinə çevrilə bilər və ya Qərb ölkələri Kiyevi dəstəkləməyi dayandırsalar və prezident Volodimir Zelenskini Rusiyanın şərtləri ilə "sülh” bağlamağa məcbur edərlərsə, vəziyyət "lokallaşdırıla və həll oluna bilər”. 

"İndi yalnız iki çıxış yolu var: dünya müharibəsinə və nüvə münaqişəsinə doğru getmək və ya bütün tərəflərin maraqlarını nəzərə alaraq sülh prosesini yenidən başlamaq. Ancaq bunun üçün Rusiyanın maraqlarının olduğu qəbul edilməli, yeni dünya nizamının yaradılmasında bu maraqların qəbul edilməsini etiraf etmək lazımdır”, - Medvedçukun məqaləsində deyilir.

Eyni zamanda, o, Kremlin mövqeyindən çıxış edərək bildirib ki, Ukrayna "idarə olunmasının nəticəsi zərərli və dağıdıcı olan Qərb kuratorlarından” xilas olarsa, ona qarşı hərbi təcavüzə son qoyula bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->