Yenidən Rusiya prezidenti seçilən Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedevin namizədliyini irəli sürüb.
Qaynarinfo xəbər verir ki, Putin bununla bağlı təklifini Dövlət Dumasına təqdim edib.
Qeyd edək ki, Dimitri Medvedevin başçılıq etdaiyi əvvəlki hökumət mayın 7-də prezident Putinin inauqurasiyasından əvvəl istefaya gedib.