Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevə səfəri ərəfəsində Rusiyanın Ukraynaya qarşı müharibədə məğlub olacağına əminliyini ifadə edib.
O, bunu çərşənbə günü, sentyabrın 14-də Avropa Parlamentində çıxışı zamanı deyib.
"Bütün gücümüzə ehtiyacımız olacaq - qarşıdakı zamanlar asan olmayacaq. Ortaya çox şey qoyulub. Təkcə Ukrayna üçün deyil, bütün Avropa və bütövlükdə dünya üçün. Aramızdakı hər hansı fərqdən istifadə etmək istəyənlər tərəfindən sınaqdan keçiriləcəyik. Bu, təkcə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə deyil, bu, enerjimizə, iqtisadiyyatımıza, dəyərlərimizə, gələcəyimizə qarşı müharibədir. Avtokratiya demokratiyaya qarşı”, - der Lyayen bildirib.
Eyni zamanda o vurğulayıb ki, Aİ ölkələrinin Ukrayna ilə həmrəyliyi sayəsində Kreml rejiminin başçısı Vladimir Putin bu müharibəsində sonucda məğlub olacaq.
"Bu gün cəsarətin bir adı var – Ukrayna. Cəsarətin bir üzü var - Rusiyanın təcavüzünə qarşı qalxan ukraynalı kişi və qadınların simaları”, - Avropa Komissiyasının rəhbəri bildirib.
Avropa Komissiyasının sədri əlavə olaraq deyib ki, Aİ-nin Ukraynaya müdaxiləsinə görə təcavüzkar ölkə Rusiyaya qarşı sanksiyaları qalacaq.
Onun sözlərinə görə, avropalılar Moskvaya qarşı qətiyyətlərini qorumalıdırlar.
"Sanksiyaların qalacağını açıq şəkildə bildirmək istəyirəm. Bizim üçün sakitləşmək deyil, qətiyyət nümayiş etdirməyin vaxtı çatıb”, - deyə fon der Lyayen Avropa Parlamentində bildirib.
Nizami Bağırov