Xəbər lenti

Putin, Merkel və Oland arasında telefon danışığı olub
Dünya13:35 23.08.2016

Putin, Merkel və Oland arasında telefon danışığı olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin, Almaniyanın federal kansleri Angela Merkel və Fransa prezidenti Fransua Oland arasında telefon danışığı olub. 

Qaynarinfo.Az rus mətbautına  istinadən xəbər verir ki, söhbət zamanı Ukrayna böhranı, Minsk prosesinin davam etdirilməsi perspektivi, Donbasa xüsusi statusun verilməsi, konstitusiya islahatları və sair məsələlər müzakirə olunub.

Vladimir Putin təmas xəttindəki qeyri-sabit vəziyyətdən və atəşkəs rejiminin sistemli şəkildə pozulmasından narahatlıq ifadə edib. Atəşin dayandırılması ilə bağlı razılaşmaya ciddi şəkildə əməl olunmasının və ATƏT Xüsusi Monitorinq Missiyasının nəzarəti altında ağır texnikanın geri çəkilməsinin, vəziyyətin de-eskalasiyası üçün tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Rusiya, Almaniya və Fransa liderləri Ukrayna məsələsi ilə bağlı şəxsi təmasları davam etdirmək və Çində sentyabrın 4-5-də “G20” toplantısı çərçivəsində görüş keçirmək barədə razılığa gəliblər.

Qızılgül

Qaynarinfo.Az