Xəbər lenti

Putin mətbuat konfransında Maliyyə Nazirliyi ilə bağlı zarafat etdi
Dünya11:58 14.12.2023

Putin mətbuat konfransında Maliyyə Nazirliyi ilə bağlı zarafat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı ölkənin Maliyyə Nazirliyində vəziyyətlə bağlı zarafat edib.
Qaynarinfo bu barədə gazeta.ru-ya istinadla xəbər verir.
"Maliyyə Nazirliyinin heç vaxt pulu olmur", deyə Rusiya lideri Şimal sakinləri üçün köçürmə proqramının genişləndirilməsi imkanlarını şərh edərkən deyib.
Dövlət başçısı əlavə edib ki, 2024-cü ilin büdcəsi artıq formalaşıb, lakin əlavə gəlirlər mümkündür.
Dekabrın 14-də dövlət başçısı "Vladimir Putinlə ilin yekunları” adlı canlı mətbuat konfransı keçirib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin dekabrın 12-si axşam saatlarından etibarən tədbirə hazırlaşdığını deyib.
Alpər