Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə istənilən insan resursunu qurban verməyə hazırdır, lakin rusiyalılar onun məqsədinə nail olmaq iqtidarında deyillər.
Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Ali Baş Komandanı Ceyms L. Cons "Azadlıq radiosu”na müsahibəsində
bildirib.
"Məncə, Putinin istənilən insan resursunu qurban verməyə hazır olduğu həmişə aydın olub, çünki rusiyalılar əhalinin sayına görə ukraynalılardan çoxdur”, deyə keçmiş komandan bildirib.
Onun sözlərinə görə, rusiyalıların "geniş miqyaslı hücuma keçmək qabiliyyəti ona əsaslanır ki, onlar kifayət qədər zəif hazırlıqlı olsalar belə, gəncləri Rusiya ordusuna çağırmağa hazırdırlar”.
General əlavə edib ki, həm Rusiya, həm də Ukrayna müharibənin birinci ilinin dərslərini yaxşı qavrayıblar. Artıq hər iki tərəf bir-birini daha yaxşı tanıyır, güclü və zəif tərəflərinin harada olduğunu bilir.
"Hər iki tərəfin bundan istifadə etməyə çalışması təəccüblü deyil. Amma mən hesab edirəm ki, rusiyalılar Putinin bütün Ukraynanı ələ keçirmək məqsədinə çatmaq iqtidarında deyil”, deyə general Cons bildirib.
Nizami Bağırov