Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində polkovnik və ya briqada generalı səviyyəsində iştirak edir.
Qaynarinfo "The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə Qərb hərbi mənbələri
bildirir.
Mənbələr bildirir ki, Rusiya prezidenti Donbasdakı qüvvələrin hərəkətini müəyyənləşdirməyə kömək edir. Keçən həftə Ukraynanın şərqində çayı keçməyə çalışan rus qüvvələri böyük sayda itki veriblər.
Mənbələrin qeyd etdiyinə görə Baş qərargah rəisi Gerasimovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı Ukraynanın iddiasının əksinə olaraq, Putin onunla bir yerdə əməliyyatları idarə edir.
"Bizim fikrimizcə, Putin və Gerasimov normalda polkovnik və ya briqada generalı səviyyəsində verilməli olan taktiki qərarvermədə iştirak edir”,- mənbələr deyib.
Putinin müharibədə bu cür iştirakını göstərən heç bir başqa sübut yoxdur, ancaq mənbələr onun müharibədə şəxsi iştirakını kəşfiyyat məlumatlarına əsasən iddia etdiklərinə eyham edir.
Nurlan Hüseynov