Vladimir Putin Ukraynaya qarşı silahlı təcavüzü və müharibənin "yeni mərhələsini” gücləndirmək üçün dövlət korporasiyalarına və oliqarxlara özəl hərbi şirkətlər yaratmağı əmr edib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə nüfuzlu araşdırmaçı jurnalistlərdən biri Xristo Qrozyev Twitter-də
yazıb.
Onun sözlərinə görə, Putin oktyabrda "döyüşün yeni mərhələsinə” başlamaq istəyir.
"O deyir ki, hər şey (Rusiya Federasiyasının Ukraynadakı uğursuzluqları - UNİAN) ordudakı korrupsiya və səriştəsizlikdən qaynaqlanır ("muzdluları maaş məsələsində aldadıblar"). Amma yenə də çox nikbindir, deyir, hər bir dövlət korporasiyası və oliqarxa "oktyabrda yeni mərhələ” üçün öz PMC-sini yaratmağı əmr edirlər”, - Qrozev yazır.
Alpər