Dünya 17:17 27.12.2022

Putin narazı qaldığı elitaların aktivlərinin milliləşdirilməsinə zəmin hazırlayır - ISW

Vladimir Putin elitalar arasında Ukraynada müharibəyə dəstək verilməməsindən narahatdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) gündəlik xülasəsində yazır.
  
Analitiklərin fikrincə, prezident onların əmlakının milliləşdirilməsi üçün informasiya fonu yaradır.

ISW yazır ki, rusiyalıların müharibəyə sadiqliyi ilə bağlı sualına Putin tənqidi şəkildə qeyd edib ki, yalnız öz maraqlarından çıxış edən insanlar da var.

Bununla belə, o, əlavə edib ki, rusiyalıların 99,9%-i vətənləri uğrunda hər şeyi qurban verməyə hazırdır. ISW analitikləri yazır ki, bəzi vətəndaşların tənqidi prezidentin fikrini indi müharibəni tam dəstəkləməyənlərə yönəldiyini göstərir.

Bundan əvvəl Putin artıq sadəcə olaraq "Rusiyadan pul çıxaran” vətəndaşlar haqqında mənfi fikirlər səsləndirib. Onun sözlərinə görə, belə insanlar ölkə üçün təhlükəlidir.

"İnsan həyatını bu ölkə ilə bağlamırsa, sadəcə olaraq buradan pul çıxarırsa və hər şeyi oradadırsa, deməli, yaşadığı və qazandığı ölkəyə dəyər vermir. Hesablarında əmlak və pul olduğu yerlərdə yaxşı münasibətləri qiymətləndirir. Belə insanlar bizim üçün təhlükədir”, - deyə Putin bildirib.

Putin xaricə gedən vətəndaşlar üçün vergilərin artırılması ilə bağlı qanun layihəsinin müzakirələri ilə eyni vaxtda "ölkədən pul çıxaran” insanlardan danışıb.

Bir gün əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Dövlət Duması ölkəni tərk edən rusiyalılar üçün vergiləri artırmağı planlaşdırır. "Bu ədalətli olacaq. Biz qanunvericiliyə müvafiq dəyişikliklər üzərində işləyirik”, - o yazıb.

Nizami Bağırov