Xəbər lenti

Putin nə vaxt evlənir? - Canlı yayımda keçmiş arvadıyla bağlı sual
Dünya09:28 14.04.2016

Putin nə vaxt evlənir? - Canlı yayımda keçmiş arvadıyla bağlı sual

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı şəxsi həyatla bağlı suala da cavab verməli olub.

AzNews.az xəbər verir ki, birbaşa efirdə Putinə “Qəzetlərdə Lyudmila Aleksandrovnanın ərə getməsi barədə xəbərlər yazılır. Bəs siz nə vaxt bizə ökənin birinci xanımını təqdim edəcəksiniz?” sualı verilib. 

“Biz Aleksandrovna ilə hərdən görüşürük. Bizim dostluq münasibətimiz var. İndiki münasibətimiz bəlkə öncəkindən də yaxşıdır”, – deyə Putin suala zaraftla cavab verib. 

“Hər birimizin öz həyatı var. O yaxşıdır, vəziyyətindən də razıdır. Mən də razıyam. Hər şey yaxşıdır. Şəxsi məsələni belə önə çıxarmaq lazımdırmı bilmirəm. Bu cavablar valyutaya, kursa təsir etməsin. Bizi işləmək üçün seçirlər. Şəxsi həyata aid olan məsələlər təbbi ki, maraq doğurur. Bununla barışmışam. Amma bu öncül məsələ deyil. Bəlkə də nə vaxtsa sizi sevindirərəm”, - deyə Rusiya prezidenti əlavə edib.

Qaynar.info