Xəbər lenti

Putin niyə geri çəkildi? (ŞƏRH)
Dünya08:00 17.05.2022

Putin niyə geri çəkildi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Deyəsən, Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsilə barışıb. Belə ki, dünən prezident Vladimir Putin İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünün Rusiya üçün birbaşa təhdid yaratmadığını bəyan edib. O, deyib ki, yalnız həmin ərazilərdə NATO qüvvələri cəmləşəcəyi təqdirdə, Rusiya adekvat addım atacaq. 
Vurğulayaq ki, bir qədər əvvəl Kreml rəsmiləri sözügedən məsələdə daha aqressiv mövqe sərgiləyərək, Stoqolmla Helsinskinin alyansa üzvlüyünə imkan verməyəcəklərini bəyan edirdilər. Putinin açıqlaması isə onu göstərir ki, Moskva əvvəlki mövqeyini 180 dərəcə dəyişərək, sözügedən məsələdə yumşalıb. Aydın məsələdir ki,  onun yumşalması ciddi səbəblərlə bağlıdır. Hazırda Rusiya Ukrayna cəbhəsində müharibə aparır. Artıq 3 aya yaxındır müharibə  etsə də, Rusiya burada ciddi uğurlara imza ata bilməyib. Moskvanın canlı qüvvə və hərbi texnikası xeyli sıradan çıxarılıb. Bundan başqa, Lend-liz qanununun qəbulu fonunda yaxın dövrdə Ukrayna qüvvələrinin əks-hücuma keçəcəyi gözlənilir. Belə  vəziyyətdə Finlandiya cə İsveç istiqamətində ikinci cəhbənin açılması Rusiya üçün heç də uğurla sonuclanmayacaq. Ukraynada nəticə əldə etməyən Rusiyanın şimal istiqamətində nələrəsə nail olacağı gözlənilmir. Çünki bu halda,  bir tərəfdən Rusiya qüvvələri parçalanacaq. Hətta iKreml Ukraynada əldə etdikləri mövqeləri də asanlıqla itirə bilərlər.
Digər tərəfdən isə, ABŞ başda olmaqla NATO-nun Ukraynadan fərqli olaraq Skandinaviyada rusları daha acınacaqlı tələlərə salacağı istisna deyil. Bunu Kremldə də gözəl anlayırlar. Başqa bir tərəfdən, görünən  odur ki, Finlandiya ilə İsveçin indiki dönəmdə tez bir zamanda NATO-da olmasını daha çox Vaşinqton istəyir. ABŞ məhz bu addımın atılması ilə Rusiyanın həmin bölgəyə də hücum edəcəyi, nəticədə rus qüvvələrinin parçalanması ilə Ukraynada zəifləyəcəyini düşünür. Yəni ABŞ  Finlandiya və İsveçi NATO-ya cəlb etməklə əslində Moskvanı tələyə salmaq istəyir. Kreml də məhz bu təhlükənin olması səbəbindən Ukraynada  etdiyi addımları şimal istiqamətində də atmaqda acizdir. Məhz  mövcud təhlükə qarşısında yarana biləcək bu acizliyin nəticəsidir ki, Putin adı çəkilən iki ölkənin Şimali Avroatlantika alyansında olmasının Rusiyaya birbaşa təhlükə yaratmadığını iddia etməli olub.
Halbuki, Rusiyanın 5 milyon əhalilik ikinci şəhəri Sankt-Peterburq Finlandiya ilə sərhəddədir. Belədə, finlərin NATO-ya üzv olması ilə Rusiyanın ikinci şəhəri birbaşa olaraq nüvə təhdidi altına düşə bilər. Buradan Sankt-Peterburqu vurmaq su işmək kimi asan olacaq. Yəni, reallığa gələndə Finlandiyanın NATO-da olması əslində Rusiya üçün daha təhlükəlidir, nəinki Ukraynanın quruma üzvlüyü. Putinin açıqlaması digər tərəfdən, həm də Moskvanın Ukraynada bataqlığa düşdüyünün etirafıdır. 
Rüfət Sultan