
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ prezidenti Baraka Obamaya Vladimir Putinin məktubunu çatdırıb.
Qaynar.info-nun məlumatına görə, ABŞ-dakı Rusiya səfirliyinin mətbuat dairəsi məktubun Rusiya ilə ABŞ arasındakı müxtəlif sahələrdəki ikili əlaqələrin hazırki vəziyyəti və bundan əlavə inkişaf perspektivlərini ehtiva etdiyini bildirib.
Patruşev məktubu ABŞ Milli Təhlükəsizlik Dairəsinin sədr müavini Tomas Donilonla görüşü zamanı Obamanın da həmin görüşə qatıldığı anda təqdim edib.
Qaynar.info